top of page

Ürək Damar Xəstəliklərində Risk Faktorları

oxundu

              Koronar arter xəstəlikləri ilə mübarizədə ən vacib addım, xəstəlikdən qorunmaqdır. Xəstəlik bir neçə risk faktoru olduğunda daha tez ortaya çıxmaqda və sürətlə ilərləyir. Yaxşı Xolesterol səviyyəsinin yüksək olması  (60 mg/dl’dən çox) xəstəlik riskini azaltmaqdadır.

Risk faktorları nələrdir?

           Yaş: Kişilərdə 45 yaşın üstü, Qadınlarda 55 yaşın üstü vəya erkən monopoz
            Cinsiyyət: Kişilərdə daha sıx
         Aile hekayəsi: Birinci dərəcəli (ana, ata, qardaş) kişi qohumlarda 55 yaşından, birinci dərəcəli  qadın qohumlarda 65 yaşından öncə ürək damar xəstəliyi, Qəlb krizi (infarkt) vəya ani ölüm olması
            Siqaret istifadəsi
            Yüksək Təzyiq (140/90 mmHg vəya daha çox vəya yüksək təzyiq üçün müalicə olanlar)
            Yaxşı Xolesterolun (HDL xolesterol) 40 mg/dl’dən az olması
           Ümumi xolesterolun 200 mg/dl’dən çox olması (pis xolesterol olan LDL-xolesterolun 130 mg/dl’dən çox olması).
           Hərəkətsizlik: Həftədə ən az 3 gün və gündə ən az 30 dəqiqə egzersizə zaman ayırmalısınız (tempolu yerimək, üzmək, velosipet, dans, bağ işləri vs.).
           Şəkər xəstəliyi (diabetes mellitus)
          Çəki: Bu mövzuda ən qiymətli kriteriya, bədən kütlə indeksi və bel çevrəsidir. Bədən kütlə indeksi, kg olarak ağırlığın, metre olarak boyun kvadratına bölünməsiylə əldə edilir (VKİ: kg/m2). Bədən kütlə indeksinin 25’in üzərində olması vəya bel çevrəsinin kişilərdə 102 cm, qadınlarda isə  88 cm’nin üzərində olması, sadəcə ürək damar xəstəliyi riskini artırmaqla qalmayıb şəkər xəstəliyi, yağ yüksəkliyi və yüksək təzyiq riskinidə artırmaqdadır.
           Stres: uzun bir zaman davamlı stresə məruz qalma, xəstəliyin inkişafını sürətləndirir.
          Depresiya: Xüsusilə sol illərdə depresiyalar da ürək damar xəstəliklərinin risk faktorları olaraq qəul edilməyə başlandı.

             Nə edək?

          Bu risk faktorlarının bəzilərini dəyişdirmək mümkünsə, bəzilərini dəyişdirmək mümkün deyil (yaş, cinsiyyət, ailə hekayəsi kimi).
          Ürək damar xəstəlikləri, soyuqlama, qrip kimi keçici və sağaldığı zaman arxasında iz buraxmayan xəstəlk deyildir. Xəstəlik ilərlədiyi zaman davamlı ilərləməyə və problem çıxarmağa meyiillidir. Ona görə bu risk faktorlarıyla mübarizə, xəstəliyin ortaya çıxmasının qabağının alınması, xəstəliyin inkişafında isə xəstəliyin irəlimə sürətinin yavaşladılması hətta durdurulmasını saxladığına görə son dərəcə vacibdir. Bu səbəbdən ürək damar xəstəlikləri ilə mübarizə, dəyişdiriləbilən risk faktorlarıyla mübarizə deməkdir.

anar_emrah.jpg

Op. Dr. Anar Əmrah

Ürək - Damar Cərrahı

Tel: +994773544444

Tel: +994507154040

Mail: info@anaremrah.com

RMDM LOQO.png
JCİ.jpg

RMDM Bakı Ürək Mərkəzi

Bakı Ürək Mərkəzi

Tbilisi prospekti 147

Bakı/Azərbaycan

bottom of page